Haqqımda


Dr. Kənan Əhmədov
İnvaziv Kardioloq · Kardiovaskulyar xəstəliklər üzrə mütəxəssis
Artıq 15 ilə yaxındır ki, kardiovaskulyar xəstəliklər üzrə mütəxəssis və invaziv kardioloq kimi çalışır. 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Azərbaycan, Avstriya, Türkiyə və Almaniyada çoxsaylı ixtisasartırma kurslarında iştirak edib.
Hal-hazırda o və komandası kardiologiyanın ən müasir müalicə və diaqnostika metodlarından istifadə edərək çoxsaylı xəstələrin etimadını qazanıb.
Müalicə etdiyi xəstəliklər
- Ürək-damar xəstəlikləri
- Yüksək qan təzyiqi (hipertoniya)
- Ürək çatışmazlığı
- Ürək qapaq xəstəlikləri
- Müxtəlif aritmiyalar
Niyə biz?
Tibb sektoruna yenilikçi damğamızı vururuq
Müasir texnologiya
Ən son tibbi texnologiyaları tətbiq edərək yüksək dəqiqliklə diaqnostika və müalicə imkanları yaradırıq.
Sertifikatlı mütəxəssis
Dünya səviyyəli sertifikasiyalar və sahədə geniş beynəlxalq təcrübə.
Yüzlərlə sağlam ürək
Hər il yüzlərlə xəstə sağlamlığına qovuşur — ürəyinizi qorumaq üçün müasir həllər.
İş və praktiki fəaliyyəti
- 2003Azərbaycan Tibb Universitetini bitiribBakı
- 2003 — 2004Həkim-internElmi-Tədqiqat Kardiologiya İnstitutu
- 2004 — 2007İntensiv terapiya həkimi və kardioloqBakı Baş Təcili Yardım Stansiyası (9N-li KYS)
- 2004 — 2007Növbətçi intensiv terapiya həkimiMediClub Klinikası
- 2006 — 2009Həkim-aspirantHəkimləri Təkmilləşdirmə İnstitutu
- 2009 — 2013Təcili yardım və qəbul şöbəsi həkimiMərkəzi Klinika MMC
- 2013 — 2019KardioloqMərkəzi Klinika MMC
- 2019 — 2020KardioloqKlinikum Bad Hersfeld, Almaniya
- 2020 — cariİnvaziv kardioloqMərkəzi Klinika MMC
Beynəlxalq təlim və təcrübə
Kardioreanimasiya
Allgemeines Krankenhaus (AKH), Vyana
Ümumi kardiologiya
Allgemeines Krankenhaus (AKH), Vyana
Exokardioqrafiya və kardiologiya
Allgemeines Krankenhaus (AKH), Vyana
Exokardioqrafiya və kardiologiya
Klinikum Nord Bremen, Almaniya
İnvaziv kardiologiya
Cardioangiological Center Bethanien, Frankfurt