İş günü sonunda, axşama doğru bəzən corablarımızın iz qoyması və ya ayaqqabımızın ayağımızı sıxdığı kimi hallarla tez tez qarşılaşırıq. Çox zaman belə şikayətlər müvəqqəti və qısa müddət davam etdiyindən əksəriyyətmiz bunu ciddiyə almırıq. Çünki bu ya corablarımız dar olması və ya uzun müddət ayaqüstə durmaqla bağlı olur və qısa müddət istirahətdən sonra şikayətlərimiz tam aradan qalxır.
Lakin ayaqlarımızda olan şişkinlik daha uzun müddət qalıcı ola bilər. Bəzən isə baldır və topuq nahiyyəsində barmağımızla basdıqda izi qalır.Aşağı ətraflarımızda yaranan şişkinlik tibb dilində Periferik ödem adlanır. Ödem qanın tərkibində olan mayenin (əsasən suyun) müxtəlif səbəblərdən damar divarlarını keçərək toxumalara keçməsi və təkrar geriyə -limfatik sistemə sorulmaması səbəbindən yaranan prosesdir. Sağlam insanlarda bu hal daha qısa müddət davam edir və heç bir gələcək fəsad yaratmır. Yuxarıda qeyd etdiyimiz kimi sağlam insanlarda Ödem uzun müddət ayaq üstə durmaq və ya oturaq vəziyyət (avtomobildə və ya təyyarədə) , normadan artıq qəbul edilmiş maye (çay ,su, pivə), duzlu qidaların çox qəbulu və s hallarda yaranır və qısa müddət ayaqlarımızı hərəkət etdirdiyimiz zamanı və bədən səthindən hündür vəziyyətdə saxladığımız zamanı aradan qalxır. Lakin bəzi xəstəlik halları zamanı yaranan topuq və baldır ödemləri daha uzun müddətə qalıcı olur və çox zaman uyğun müalicə tələb edir. Şişkinliyin normal hal olub olmamasını necə bilək? Aşağıda göstərdiyimiz hallarda Siz bu ödemləri daha ciddi diqqətə almalısız!
- Şişkinliyin tez-tez və daha uzun müddətə yaranarsa (hər gün və ya həftədə ən azı 3-4 dəfə)
- Şişkinliklə yanaşı aşağı ətraflarda ağrı,hissiyyat pozğunluğu,ağırlıq və dartılma hissiyatı yarandığı zaman
- Aşağı ətrafların rəngi dəyişdiyi zaman
- Ödemlə yanaşı ayaqlarda müxtəlif piqmentasiya və damar şəkili , quruluq,qabıqlanma və bəzən çatlar əmələ gələrsə
- Ayaqlarda qıcolma və digər sinir pozğunluqları (neyropatiyalar) yaranarsa
Göstərilən əlamətlər olduğu zaman mütləq Həkimə müraciət etməyiniz tövsiyyə olunur. Bir neçə sadə müayinələrin vaxtında olunması diaqnozun tam dəqiqləşdirilməsinə gətirir. Periferik ödemlər müxtəlif xəstəliklərin bir əlaməti kimi yaranır. Həkimə müraciət etdiyiniz zamanı bu xəstəliklər hər biri inkar olunlamlıdır.

