
Hər birimiz “İnfarkt” dedikdə ilk növbədə Ürəyin ciddi xəstəliyi ağlımıza gəlir. Bu belədirmi?
“İnfarkt” latın sözü olub mənası – içi dolmuş, tutulmuş deməkdir. Hər hansı bir orqanın toxumalarının qan təminatının pozulması nəticəsində həmin bölgənin hüceyrələrinin Oksigen və lazımlı maddələrlə təchizatının pozulmasına səbəb olur. Qan təminatının pozulmasının da bir neçə səbəbi olur. Belə ki, bu hal ya qan damarının mənfəzinin daralaması (tromb-qan laxtası, piy embolu, xolesterin yastıqcığı), ya damarın xaricindən sıxılması ( şiş toxuması, yırtıq, uzun müddətli mexaniki sıxılma) və ya arteriyaların müxtəlif travma və təsirlərdən tamlığının pozulması nəticəsində meydana çıxır. Bu zaman Hüceyrələrin əvvəl Hipoksiyası sonra İşemiyası sonda isə İnfarktı yaranır. İnfarkt olmuş toxumalarda hüceyrələr ölür (nekroz baş verir) və sonradan çapıq formalaşır. Çapıq toxuması yarandıqdan sonra isə həmin orqanın hissəvi və ya tam olaraq fəaliyyəti (funksiyası) pozulur. Bu da zədələnmiş orqanın yerindən asılı olaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Bu ən çox hansı orqanlarda olur?
Ürək İnfarktı- Tibb dilində Miokard İnfarktı adlanır.Bu zaman ürək əzələsinin -miokardın qan təchizatının pozulması sonradan prosesin dərinləşməsinə və Ürək infarktına zəmin yaradır. Ürəyimiz daimi işləyən orqan olduğundan Biz bu orqanda baş verən hər hansı patologiyanı birinci hiss edirik. Ürək tac damarların( koronar damarlar) ən çox tutulma səbəbi tromb və ya xolesterin yastıqcığı (ateroskleroz) nəticəsində olur. Bəzən bu iki problem eyni zamanda xəstəliyə səbəb olur. Bu halda xəstələrin əksəriyyətində klassik şikayətlər – sinədə göynədici,yandırıcı və sıxıcı ağrı,kəskin halsızlıq,təngnəfəslik,soyuq tər kimi şikayətlər yaranır. Bəzən də bu özünü mədə-bağırsaq xəstəliyi,diş və çənədə olan atipik ağrı kimi də göstərə bilər. Hər hansı Şühbə olduğu zaman həkim mütəxəsis zamanı EKG,EXOKG və qanda Miokard infarktını göstərən spesifik biomarkerlərin(troponin) təyini yarana biləcək ağırlaşmaların qarşısını ala bilər.Bu haqda internetdə kifayət qədər məlumat var.

Beyin İnfarktı çox zaman Beyin İnsultu kimi adlandırılır. Beyini qidalandıran qan damarlarının aterosklerotik və ya tromboembolik səbəblərdən tutulması bu xəstəliyin yaranmasına səbbə olur. Beyinin qan dövranın digər pozulma növü isə Beyin qanaması–Hemorragik İnsultdur ki, bunuda vaxtında fərqləndirmək düzgün müalicə taksikasının seçilməsində çox böyük əhəmiyyəti var. Beyin insultu keçirən insanlar kəskin başağrı,halsızlıq,baş hərlənmə və ürək bulanma, ətraflarda və bədənin müxtəlif səthlərində yaranmış hissiyyat və hərəkət pozğunluqları , nitqin, görmənin, yaddaşın və huşun qəfləti pisləşməsi kimi şikayətlər edir. Bu zaman dərhal xəstə 103 TY həkiminə müraciət etməli və diaqnozu dəqiqləşdirmək üçün Beyin KT və MRT müayinəsi olunmalıdır.

