“Nəfəsimi axıra kimi ala bilmirəm”,“Nəfəs aldığım hava kifayət qədər deyil”, “Havam çatmır və təngnəfəs oluram” kimi şikayətlərlə həkimlərə müraciət edənlərin sayı kifayət qədərdir. Əsasəndə keçid yaş dövründə olan gənclər ( məsələn hər hansı imtahan öncəsi), stress və emosional gərginlik halı ilə üzləşmiş insanlar arasında bu tip şikayətlər tez-tez qeyd olunur. Bəzən bu şikayətləri edən insanlar xəstəliklərini səbəbini tapmaq üçün çoxsaylı tibbi müayinələrdən keçirlər amma bir çox hallarda heç bir ciddi xəstəlik tapılmır.
Əlbəttə nəfəs darlığı çox ciddi xəstəliklərlə də əlaqəli ola bilər, lakin bunu sadə müayinə üsulları ilə aşkar etmək bir çox hallarda mümkün olur. Lakin belə şikayətlər əksərən ciddi xəstəliklərlə əlaqəli olmur və psixoemosional pozğunluqların nəticəsi kimi meydana çıxır. Hər bir orqan kimi tənəffüs sisteminində fəaliyyəti beyin tərəfdən tənzimlənir. Nevrotik və stress vəziyyətlərində beyinin bu kontrol sistemi nəzarətdən çıxır, həddən artıq oyanma yaranır və bu da nəfəsalma sayına və dərinliyinə təsir edir.
Dediklərimiz hallar Tənəffüs nevrozunun əlamətləridir. Bu halı ilk dəfə 1871-ci ildə Amerikan alimi Da Kosta təsvir etdiyi üçün bəzən onun adi ilə əlaqəli “Da Kosta sindromu” kimi də adlandırırlar. Bir çox ədəbiyyatlarda bu xəstəlik “Respirator Nevroz” , “Hiperventilyasiya Sindromu”,“Neyrorespirator Sindrom”, “Tənəffüs Distoniyası” və.s kimi də adlandırılır. Planetimizdə yaşayan təqribən 8% insanlarda bu sindrom qeydə alınıb və bu hal qadınlarda kişilərdən təqribən 5 dəfə sıx rast gəlinir. Yaranması əsasən psixoko-nevrogen səbəbli olsada , bəzən bir sıra orqanik xəstəliklər (Şəkərli diabet,hipertoniya xəstəliyi, baş beyin xəstəlikləri və xroniki bronxit) , Magnezium və Kasium çatışmamazlığı,metobolik pozğunluqlar və müxtəlif intoksikasiyalarda Tənəffüs Distoniyası yaranmasına gətirib çıxarar. Belə Xəstələrin adi vaxtı heç bir şikayəti olmur.Xəstəliyin əlamətləri tutmalar şəkilində, qəflətən və bir çox hallarda müxtəlif stress,psixoemosional gərginlikdən sonra meydana çıxır və bir neçə dəqiqədən bir saata kimi davam edə bilir.

“Respirator Nevroz” zamanı 3 cür şikayətlər yarana bilər.
