Orqanizmin funksiyaların tənzilmlənməsində hormonların rolunu yəqin ki, eşitmisiz. Müxtəlif yaşlarda müxtəlif orqanların funksiyası daima Hormonların nəzarəti altında olur və onların qanda miqdarının dəyişməsi müxtəlif dəyişikliklərə səbəb olur. Lakin bugün məqsəd onların ürək funksiyasına necə təsir etməsini aydınlaşdırmaqdır. Bu qadınlarda və kişilərdə istehsal olunan hormonlara görə müxtəlif olur.

Qadınlarda bu ilk növbədə əsas hormon sayılan Esterogenlər miqdarında əks olunur.Belə ki, onlar damarları qoruyur,aretriyaların elastikliyini artırır,ateroskleroz yaranmasını əngəlləyir ki, bu da xolesterin yastıqcıqlarının formalaşmasının qarşısını alır. Bundan başqa digər əhəmiyyətli hormon olan Progesteronda təsiri əhəmiyyətli sayılır. Hormon damar divarının normal tonusda qalmasına kömək edərək ödemlərin yaranmasını qarşısını alır. Qadın orqanlarında yaranmış müxtəlif xəstəliklər ( endometrioz və yumurtalıqların polikistozu kimi ginekoloji problemlər) və Menopauza(klimaks) sonra yaranmış hormonal disfunksiya növbəti illərdə yüksək qan təzyiqi, şəkərli diabet və ürək işemik xəstəliyinin inkişafına səbəb olur. Xroniki stresin yaranması isə bəzi qadınlarda “Sınmış Ürək” kimi tanınan kardiomiopatiya yaranmasına gətirə bilər.
