Bu necə olur? Bu həqiqətən də belə ola bilər? Yoxsa sadəcə bir hissiyyatdır? Ürək vurğularının ritmini necə bilmək olar? Bunu Həkimə getmədən tayin etmək olarmi?
Dediklərimizi dəqiqləşdirmək üçün ilk növbədə Ürək vurğuları haqda qısa məlumat verək.

Normal halda Ürək 4 kameradan ibarət olur. İki qulaqcıq və iki mədəcik. Qan venalar vasitəsilə əvvəl qulacıqlara daxil olur. Sonra isə İkitaylı və Üçtaylı qapaqlardan keçərək mədəciklərə daxil olur. Buradan isə qanın venoz hissəsi (oksigenlə zəif olan) Ağciyərə digər arterial hissəsi (oksigenlə zəngin olan) isə bütün bədən orqanlarına yayılır.Bu zaman növbə ilə əvvəl ürəyin qulaqcıqları sonra isə mədəcikləri yığılır. Bütün proses təqribən 0,43-0,44 saniyə davam edir. Sonra Ürək 0.40 saniyə dincəlir.Sağlam insanlarda Ürək təqribən dəqiqədə 60-90 vurğu olaraq ritmik yığılmaqdadır. Ritmik dedikdə, yəni Vurğuların müəyyən ardıcıllıqla davam etməsi nəzərdə tututlur. Ritmlərin Ardıcıllığı və sayı pozulduğu zaman bu hal Aritmiya adlandırılır. Bəzən heç bir xəstəliyi olmayan insanlardada bu ardıcıllıq və say dəyişə bilər. Amma ilk əvvəl belə halın xəstəlik olub olmaması Həkim Kardioloq tərəfindən təsdiq olunmalıdır. Bir çox hallarda isə Aritmiyalar təsadüfi müayinələr zamanı aşkar oluna bilər. Ürək ritminin sayının və ardıcıllığının təyin etmək üçün heç də hər zaman Həkimə müraciət etməyə əsas yoxdur. Belə ki, Siz özünüz bilək və ya boyun arteriyasında (damarında) dediklərimizi yoxlaya bilərik. Sadəcə digər əlinizlə nəbzinizin dolğunluğunu və ardıcıllığını yoxlayın. Sonra saata baxaraq ürək döyümələrinizin 1 dəqiqə ərzində neçə dəfə olmasını qeyd edin. Əgər yuxarıda dediyimiz kimi, Vurğu sayı 60-90 arası və ardıcıl ritmik olarsa demək ki, qorxmağa əsas yoxdur. Amma ən yaxın məsafədə EKG müayinəsi oluna bilərsizsə Bu ən uyğun və düzgün yoxlama olardı.
Lakin heç də hər zaman Ritm və Say normal olmaya bilər. Bu zaman artıq Aritmiya haqda danışmaq lazımdır. İlk əvvəl bilmək lazımdır ki, Ürək yığılmaları onun daxili “kiçik elektrik sistemi” ilə tənzimlənir. Bu sistemin bir neçə tərkib hissələri – Sinus düyünü, AV düyün, Hiss dəstəsi və aparıcı yollar var ki, bunların da hər birinin kiçik problemi ciddi Aritmoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.

Ürək ritm pozğunluqlarının bir neçə növü var. Amma tibb sahəsindən kənar olanlar üçün bunu sadəşələşdirib 3 qrupa bölmək olar:
