Nə qədər qəribə səslənsədə belə fərqlər var. Dünyanın müxtəlif ölkələrinin qabaqcıl Tibbi Mərkəzlərində bu mövzuda çoxsaylı tədqiqatlar aparılmışdır və bu fərqlər həm ürəyin anatomiyasında həm də yarana biləcək xəstəliklərdə özünü göstərməkdədir. Bəs bu fərqlər hansılardır?
- Ürək və damarların ölçüsü-Hər kəsin ürəyi anatomik və quruluşca eyni olsa da ,qadınlarda fərqli olaraq onun və kameralarının ölçüləri daha kiçik, damarları daha nazik olur.
- Hormonlar – Əsasəndə qadınlarda baş verən hormonal pozğunluqlar (Postmenopausa yəni Klimaks zamanı) qanda Esterogenlərin və Testesteronun miqdarında baş verən dəyişiklər yüksək qan təzyiqinin, şəkərli diabet və ürək damar xəstəliklərinin artmasına səbəb olur.

