Bir sıra hallarda xəstələr “Ürəyimə oksigen çatmır” , “Ürəyimdə Hipoksiya var” kimi şikayətlər edirlər. Bu kimi şikayətləri edən bir çox hallarda heç bir ürək xəstəliyi olmayan və Nevrasteniya və digər Nevrotik halları olan xəstələr bildirirlər. Bəziləri isə hipoksiyanın EKG müayinə zamanı aşkarlandığı deyir…. Bu kimi şikayətlərin yaranması köhnə Sovet səhiyyə sistemindən qalmış bir sıra tibb personalarının dediklərinə əsasən formalaşmış “Diaqnozlar” sırasındandır.

Amma bəzi xəstəliklər və patoloji hallarda var ki, bu zaman Ürəyin oksigenə olan tələbatı tam ödənmir və buda bir sıra şikayətlərin və ürək zədələnmələrinin yaranmasına səbəb olur. Orqanizmin orqanlarının hər birinin hüceyrələrinin normal çalışması üçün kifayət qədər Oksigen lazımdı ki, buda həmin orqanların normal qanla təchiz olunması ilə yanaşı qanın Oksigenlə zəngin olmasıda vacib faktor sayılır. Ürək daima çalışan orqan olduğundan bu hal özünü daha qabarıq göstərir. Tibb dildə bu Miokardın Hipoksiyası adlanır.
“Ürəyə oksigen nədən çatmır?”
Buna aşağıda göstərilən müxtəlif xəstəlik və patoloji hallar səbəb ola bilər.
- Ətraf mühitdə Oksigen konsentrasiyasının kifayət qədər olmaması- qapalı kiçik məkanlar, siqaret çəkilən qapalı yerlər, dağlarda və hündürlüyə qalxdıqda və suyun dərinliklərində çalışan akvolanqistlərdə bu hal tez-tez rast gəlinir,
- Ürəyin oksigenə olan tələbatının qəflətən artması- müxtəlif kəskin stress vəziyyətləri və ağır fiziki aktivlik zamanı,
- Tənəffüs sisteminin funksiyasının pozğunluğu zamanı- müxtəlif ağciyər xəstəlikləri zamanı yaranan bronx spazmı ( daralması) və ağciyərin sahəsinin kiçilməsi( pnevmoniya, ağciyər xərçəngi, bronxial astma və digər xəstəlikləri,
- Qanı təşkil edən hüceyrələrin-eritrositlərin miqdarının və ya tərkibində olan Hemoqlobinlinin miqdarının azalması (müxtəlif anemiyalar və leykoz xəstəlikləri),
- Müxtəlif Ürək damar və qapaq xəstəlikləri- stenokardiya, miokard infarktı, ürək əzələsinin zəifləməsi olan müxtəlif kardiomiopatiyalar, aortal və mitral qapaqların xəstəlikləri,
- Müxtəlif zəhərli maddələrin təsirindən

