Siz də bu kimi şikayət edən insanlarla qarşılaşmısız ? Bəzi ürək xəstələri bu tip probleminin olduğunu bildirirlər. Bu diaqnozu xəstələr daha çox EXOKG müayinə olunduqdan sonra qoyulduğunu bildirirlər. Hətta bəzi xəstələr “ürəyinə yığılmış ” mayeni hiss etdiklərini də bildirirlər.
Bunun necə yarandığını başa düşmək üçün orqanizmin necə qurulduğunu təsəvvür edək. İlk əvvəl qeyd etmək lazımdır ki, Ürəyin içində yəni ürək boşluqlarında su yox qan olur. Əslində “su ” yəni maye, Ürəyə yox, ürəyi əhatə edən Ürək kisəsinə- yəni Perikard boşluğuna yığılır. Ürək özü tibbi adı perikard qişası olan ürək kisəsi ilə əhatə olunmuşdur. Bu kisənin əsas rolu Ürəyin və ürəklə əlaqəli magistral damarların xarici təsirdən və infeksion təhlükədən qorunması və ürək əzələsinin fiziki yüklənmə zamanı həddən artıq gərilməsinin qarşısını almaqdan ibarətdir. Ürək kisəsi özü də iki qatdan ibarətdir. Birinci qat ürək əzələsinin üzərinə bitişir ki , buna tibb dilində visseral qat (epikard) deyilir. Digər qat isə xarici qatdır ki, bu parietal qat adlanır. Bu iki nazik qat arasında normal halda 30-50 ml maye olur ki, bu mayenin əsas rolu ürəyin yığılması zamanı sürtünmənin qarşısını alır. Bu maye olmadan ürək normal yığıla bilməz.
“Ürəyə su nə səbəbdən yığılır”
Lakin bəzən ürək kisəsindəki mayenin miqdarı bir sıra patoloji hallar zamanı çoxalır. Bu hal müxtəlif xəstəliklərin nəticəsi kimi özünü göstərir. Bu səbəbdən göstərilən xəstəlik və patoloji hallar zamanı mütləq birincili ürək müayinəsi aparılmalıdır. Buna müxtəlif hallar səbəb ola bilər.
Bəs nə zaman Həkimə müraciət etməlisiz?
Bu tip xəstələrin əsas xəstəliyin şikayətləri ilə yanaşı digər yanaşı əlamətlərində yarandığını hiss edirlər.
- Tədricən artan və ya qəflətən yaranmış təngnəfəslik və nəfəs daralması ( əsasən xəstə yataqda uzandığı vəziyyətdə daha çox kəskinləşən) ,
- döş qəfəsində sol tərəfə yayılmış və döş sümüyü arxasında küt və bəzəndə deşici ağrı, ( bu ağrının nəfəsalma zamanı artması
- qarın və aşağı ətraflarda şişkinlik ,
- baş hərlənmə,
- kəskin halsızlıq

