Bayram günlərində həyat tərzimiz adi günlərdə olduğundan bir qədər fərqli olur ki, bu da bizim sağlamlıq durumuza təsir edə bilər. Hələ 2022-ci ildə futbol üzrə İsvec millisi dünya çempionatında çıxış etdiyi zaman , bu ölkənin alimləri Ürək xəstəlikləri ilə bağlı maraqlı tədqiqat aparmışdılar. Onların apardığı tədqiqat göstərmişdi ki, bu tip böyük tədbirlər zamanı ürək damar xəstəlikləri ağırlaşmalarının yaranma ehtimalı bir neçə dəfə çox olur. Araşdırmanın növbəti mərhələsində isə başqa bir nəticə əldə olundu. Belə ki, bu xəstəliklərin rastgəlmə tezliyinin 1 yanvar (Yeni il) və 25-26 dekabr (Şükran Günü) tarixlərində adi günlərdən 37% daha sıx olduğu aşkar olundu. Bəzi məmbələrdə isə bu tarixlərdə baş verən Miokard İnfarktları-”Bayram İnfarktı” adlandırılırdı.
Belə hallar əsasən hansı qrup İnsanlar üçün daha səciyyəvi sayılır?
Bu günlərdə Daha çox risk qrupunda olan insanlar
– Yüksək qan Təzyiqi olanlar
– Əvvəl ürək damarlarına Stent implantasiyası və Şuntlama əməliyyatı olanlar
– Şəkərli Diabet xəstələri
– Artıq çəkidən əziyyət çəkənlər
– Ürək çatışmazlığı və Ürək qapaq xəstələri
– Əvvəl qeydə alınmış Ürək ritm pozğunluğu(Aritmiyalar) olanlar
– Passiv həyat tərzi sürən və Siqaret çəkənlər sayılır.
Bayram günlərində dediyimiz xəstələr daha çox nəyə diqqət etməlidir?
Bu zaman Yarana biləcək ağırlaşmaları isə “ Bayram Ürəyi Sindromu” kimi də adlandırırlar. Əsasən diqqət olunacaq bir neçə istiqamət vardır ki, hər bir Ürək xəstəsi bunları nəzərə almalıdır.

Əlbəttə ki, bu günlər ən çox diqqət olunacaq sahə düzgün Qidalanmadır. Bayram süfrəsində çox zaman eyni zamanda müxtəlif tipli və bir neçə dadlı qazan yeməkləri, qızardılmış qidalar, şorabalar və şirniyyatlar olur.Hər birimiz bu yeməklərinin hər birinin dadına baxmaq istəyirik. Lakin əsasəndə yuxarıda qeyd etdiyimiz xəstələr üçün Qəbul etdiyimiz qidaların miqdarı və tərkibi çox önəmlidir. Belə ki, qısa müddətdə çoxlu miqdar qəbul etdiyimiz qida heç də tezliklə sorulmur və qarında köp,ağırlıq,gərginlik və digər dispeptik hallara səbəb olur. Bundan başqa yediyimiz yeməklərin tərkibində olan normadan çox ədviyyatların, xörək duzunun və qida əlavələrinində mədə-bağırsaq qıcıqlanmasına səbəb ola bilir. Bu göstərdiyimiz hallar zamanı ürək döyünmənin artması, qan təzyiqinin yüksəlməsi, ürəyə düşən yüklənmənin artması baş verir ki, bu da müxtəlif xəstəliklərin ağırlaşmalarına-Miokard infarktı, hipertonik kriz ,Beyin İnsultu kimi hallara səbəb ola bilər. Bu səbəbdən Bayram tədbirlərində qəbul etdyimiz qida kiçik porsiyalarla, az duzlu və ədviyyatlı, şəkərsiz, az yağlı,tez həzm olunan olmalıdır.

