https://www.instagram.com/reel/DGVV6saNIfR/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==
Yüksək qan təzyiqi olan şəxslər hər dəfə dərman qəbul etməlidirmi?
Xeyr – əsasən də bu cür Hipertenziya ümumi yorğunluq,stress, iş gərginliyi və s qeyri orqanik xəstəliklər fonunda yaranarsa. Sizə qan təzyiqinin dərmansız normaya salınmasının 10 Yolunu göstərim.
- Artıq çəkidən azad olun – Qan təzyiqinin bədən çəkisi ilə bir başa əlaqəli olması artıq çoxdan məlumdur. Aparılmış tədqiqatlar göstərib ki, bədən çəkisinin hər 1 kg endirilməsi qan təziyinində 1 mmHg enməsinə səbəb olur. Bundan başqa bel çevrəsinin ölçüsüdə çox vacib parametr sayılır. Belə ki, kişilərdə bu ölçü 102 sm, qadınlarda isə 89 sm yuxarı olması Yüksək qan təzyiqi riskinə işarədir.
- Mütəmadi fiziki aktivlik– qan təzyiqinin ən azı 5-8 mmhg aşağı enməsinə səbəb olur. Fiziki aktivlik dedikdə həftədə ən azı 2-3 dəfə 30-40 dəq müddətdə olmaqla yüngül atletik idmanlar(gəzinti, yüngül qaçış,velosiped sürmək,üzmək, rəqs etmək) nəzərdə tutulur.
- Sağlam Qidalar yeyin– gündəlik qida rasionuzda daha çox meyvə tərəvəz və az yağlı qidalar olsun.Aralıq dənizi dietası və qəbul edilən qidaların kaliumla bol olması qan təzyiqinin 11 mmHg qədər enməsinə gətirir.
- Xörək duzu qəbulunu azaldın– qidalarınız az duzlu olması( gündəlik Na qəbulunun 1500 mg və daha aşağı olması) qan təzyiqinin 5-6 mmHg aşağı endirir. Bunun üçün qəbul etdiyiniz hər qidanın tərkibində Na və ya xörək duzunun miqdarına nəzarət edin və qəbul etdiyiniz yeməklərin və salatları duzsuz yeyin.

